Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2015-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 3175,2 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1362,5 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 13,3 faiz artaraq 1812,7 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 63,8 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 14,1 faizi hüquqi şəxslərin, 46,0 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 39,9 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Cari ilin yanvar-mart aylarında elektron ticarət dövriyyəsinin həcmi 4061,7 min manat təşkil etmişdir ki, onun da 60,6 faizi (2460,7 min manat) pərakəndə, 39,4 faizi (1601,0 min manat) topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə malların satışının 92,7 faizi hüquqi, 7,3 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.