Skip to content Skip to main navigation Skip to footer

İctimai iaşə







2015-ci ilin yanvar-fevral ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,0 faiz artaraq 90,1 milyon manat olmuşdur. Dövriyyənin 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 64,4 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 32,1 milyon manat təşkil etmişdir.