Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2015-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1861,8 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 769,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 11,2 faiz artaraq 1092,4 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 80,9 faizi qeyri-ərzaq mallarının satışı hesabına təmin edilmişdir. İstehlak mallarının 15,4 faizi hüquqi şəxslərin, 41,3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 43,3 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Cari ilin yanvar-fevral aylarında elektron ticarət dövriyyəsinin həcmi 2457,7 min manat təşkil etmişdir ki, onun da 63,4 faizi (1558,6 min manat) pərakəndə, 36,6 faizi (899,1 min manat) topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Pərakəndə elektron ticarət üzrə malların satışının 92,8 faizi hüquqi, 7,2 faizi isə fiziki şəxslərin ticarət subyektləri tərəfindən həyata keçirilmişdir.