Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2015-ci ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1,1 faiz artaraq 1453,5 milyon manat təşkil etmişdir. Sənaye məhsulunun 69,8 faizi mədənçıxarma, 21,3 faizi emal, 8,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 84,2 faizi sənaye mallarının istehsalı, 15,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 1043,6 milyon manatlıq və ya ümumi istehsalın 71,8 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 409,9 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilmiş, bununla yanaşı, fevral ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 197,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 4,2 milyon manat məbləğində digər mallar da mövcud olmuşdur.