Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2014-cü ilin yanvar-noyabr aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,7 min nəfər olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 1,2 faiz artaraq 630,6 manat təşkil etmişdir. 2014-cü ilin yanvar-noyabr aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 894,8 manat təşkil etmişdir. Cari ilin yanvar-noyabr aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 690,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 1118,5 manat təşkil etmişdir.