Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2014-cü ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 79,3 faizi mədənçıxarma, 16,1 faizi emal, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur. Ãœmumi istehsalın 90,1 faizi sənaye mallarının istehsalı, 9,9 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 22,2 milyard manatlıq və ya ümumi istehsalın 80,4 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 5,4 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Cari ilin yanvar-dekabr aylarında istehlakçılara 27788,3 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,8 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2015-ci ilin yanvar ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 170,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 10,2 milyon manat məbləğində digər mallar da olmuşdur.