Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2010-cu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 20290,0 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Ãœmumi istehsalın 93,6 faizi sənaye mallarının istehsalı, 6,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 16724,6 milyon manatlıq və ya ümumi istehsalın 82,4 faizi, dövlət müəssisələri tərəfindən isə 3565,4 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Yanvar-oktyabr aylarında istehlakçılara 20367,9 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2010-cu il noyabr ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 150,6 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Bundan başqa həmin tarixə anbarlarda sənaye müəssisələri tərəfindən alınmış və satış üçün nəzərdə tutulmuş 10,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.