Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2014-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 9013,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış qida məhsulları, içkilər və tütün məmulatlarının həcmi 2013-cü ilin on ayı ilə müqayisədə 22,3 faiz artaraq 4264,5 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 3,5 faiz artaraq 4749,1 milyon manata çatmış, pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 83,3 faizi ərzaq mallarının satışı hesabına təmin edilmişdir. Qida məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi artaraq 2013-cü ilin eyni dövrü ilə müqayisədə 43,8 faizdən 47,3 faizədək yüksəlmişdir. İstehlak mallarının 16,6 faizi hüquqi şəxslərin, 47,6 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 35,8 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.