Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2014-cü ilin yanvar-oktyabr aylarında Bakı şəhərində "Norm" sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-oktyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7249,6 milyon manat vəsait yönəldilmiş, onun 61,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 31,4 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 88,0 faiz artmışdır. 2014-cü ilin yanvar-oktyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 5348,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artmışdır.