Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2010-cu ilin yanvar-oktyabr aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 5693,4 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 14,9 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,2 faizi hüquqi şəxslər, 81,8 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 1036,1 milyon manatlığını hüquqi şəxslərdən, 4657,3 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 14,2 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 15,1 faiz artmışdır. Əhaliyə satılmış malların 3560,4 milyon manatını ərzaq, 2133,0 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 62,5 və 37,5 faiz təşkil etmişdir. 2010-cu ilin yanvar-oktyabr aylarında əhaliyə 2263,1 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 12,5 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 58,0 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1313,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 5,1 faiz çox xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 24,6 faiz artaraq 949,5 milyon manata çatmışdır.