Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2014-cü ilin yanvar-avqust aylarında Bakı şəhərində "Norm" sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-avqust aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5349,8 milyon manat vəsait yönəldilmiş, onun 59,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 25,8 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 81,5 faiz artmışdır. 2014-cü ilin yanvar-avqust aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 4198,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artmışdır.