Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı və pullu xidmətlər haqqında







2010-cu ilin yanvar-sentyabr aylarında ticarətin bütün növlərinin şəbəkəsi vasitəsilə əhaliyə 7136,7 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrünün səviyyəsindən 12,6 faiz çox müxtəlif çeşidli istehlak malları satılmışdır. Malların 18,2 faizi hüquqi şəxslər, 81,8 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən realizə olunmuşdur. Əhali istehlak mallarının 927,3 milyon manatlığını hüquqi şəxslərdən, 4179,8 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2009-cu ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 2,6 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 18,0 faiz artmışdır. Əhaliyə satılmış malların 3195,3 milyon manatını ərzaq, 1911,8 milyon manatını isə qeyri-ərzaq malları təşkil etmiş və onların xüsusi çəkiləri müvafiq olaraq 62,6 və 37,4 faiz təşkil etmişdir. 2010-cu ilin yanvar-sentyabr aylarında əhaliyə 2029,6 milyon manatlıq və ya 2009-cu ilin müvafiq dövrünün səviyyəsindən 7,3 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 58,5 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1187,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 6,5 faiz çox xidmətlər göstərilmişdir. Fiziki şəxslər tərəfindən göstərilən pullu xidmətlərin həcmi 8,6 faiz artaraq 841,9 milyon manata çatmışdır.