Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2014-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində "Norm" sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi istifadəyə verilmişdir. 2014-cü ilin yanvar-iyul aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4705,1 milyon manat vəsait yönəldilmiş, onun 58,6 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 31,0 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 87,8 faiz artmışdır. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 1651,9 milyon manat, qeyri-dövlət müəssisələri isə 3053,2 milyon manat vəsait sərf etmişlər. Əsas kapitala yönəldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sərmayədəki xüsusi çəkisi 53,9 faiz və ya 2536,5 milyon manat, daxili investisiyanın xüsusi çəkisi isə 46,1 faiz və ya 2168,6 milyon manat təşkil etmişdir.
2014-cü ilin yanvar-iyul aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 3671,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artmışdır.
Podratçı təşkilatların gördükləri işlər - yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2513,6 milyon manat (müvafiq olaraq 8,8 faiz), əsaslı təmir 464,0 milyon manat (99,0 faiz təşkil etmiş), cari təmir 178,2 milyon manat (3,9 dəfə), sair işlər 516,0 milyon manat (1,1 faiz) artmışdır.