Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2014-cü ilin yanvar-mart aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 54,4 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 min nəfər və ya 3,5 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 2,9 faiz artaraq 621,4 manat təşkil etmişdir 2014-cü ilin yanvar-mart aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 845,5 manat təşkil etmişdir. Cari ilin yanvar-mart aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 673,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 0,7 faiz artaraq 1046,6 manat təşkil etmişdir.