Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2014-cü ilin yanvar-mart aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,9 faiz artaraq 1014,3 milyon manat olmuşdur. Xidmətlərin 77,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 787,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 15,2 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 88,3 faizini təşkil edərək 226,6 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə 20,6 faiz artaraq 124,0 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 65,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 35,0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 37,6 faiz artaraq 80,5 milyon manat olmuşdur.