Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2014-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,8 faiz artaraq 617,9 milyon manat olmuşdur. Xidmətlərin 74,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 461,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 14,8 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 91,3 faizini təşkil edərək 156,1 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2013-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 21,6 faiz artaraq 82,3 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 63,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 37,0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artaraq 51,8 milyon manat olmuşdur.