Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2013-cü ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,9 faiz artaraq 4188,8 milyon manat olmuşdur. Xidmətlərin 77,9 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 3264,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 18,0 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 85,5 faizini təşkil edərək 924,8 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 21,4 faiz artaraq 499,0 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 63,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 36,6 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 35,6 faiz artaraq 316,2 milyon manat olmuşdur.