Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2013-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünün səviyyəsini 13,6 faiz üstələyərək 10199,2 milyon manat olmuşdur. Pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 41,5 faizi ərzaq, 58,5 faizi qeyri-ərzaq mallarının hesabına formalaşmışdır. Əmtəələrin 15,8 faizi hüquqi şəxslərin, 40,9 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 43,3 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur. Yanvar-dekabr aylarında elektron ticarət dövriyyəsinin həcmi 2319,1 min manat təşkil etmişdir ki, onun da 76,2 faizi pərakəndə, 23,8 faizi isə topdansatış elektron ticarət dövriyyəsinin payına düşmüşdür. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 74,8 faizini hüquqi, 25,2 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır.