Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2010-cu ilin yanvar-iyul aylarında nəqliyyat müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 min nəfər və ya 5,1 faiz çoxalaraq 58,7 min nəfər təşkil etmişdir. İşçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 404,3 manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 manat çox olmuşdur. Rabitə müəssisələrində siyahı tərkibində olan işçilərin orta sayı 52,5 faiz artaraq 15,9 min nəfər, bir işçinin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 665,0 manat olmuşdur. Cari ilin yanvar-iyul aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 447,1 manat olmuşdur, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artmışdır. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı 942,2 manat təşkil etmişdir.