Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2013-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 8,0 faiz artaraq 2256,0 milyon manat olmuşdur. Xidmətlərin 75,1 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1693,3 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 17,4 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 87,1 faizini təşkil edərək 562,7 milyon manat olmuşdur. İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 19,6 faiz artaraq 268,7 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 59,0 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,0 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 35,0 faiz artaraq 158,6 milyon manat olmuşdur.