Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2013-cü ilin yanvar-avqust aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 19772,4 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Ãœmumi istehsalın 91,0 faizi sənaye mallarının istehsalı, 9,0 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 16168,0 milyon manatlıq və ya ümumi istehsalın 81,8 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 3604,4 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir. Cari ilin yanvar-avqust aylarında istehlakçılara 19851,4 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2013-cü il sentyabr ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 190,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,3 milyon manat məbləğində digər mallar da olmuşdur.