Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2013-cü ilin yanvar-may aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,5 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 min nəfər və ya 10,2 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 7,4 faiz artaraq 605,7 manat təşkil etmişdir
2013-cü ilin yanvar-may aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 7,1 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 837,0 manat təşkil etmişdir.
Cari ilin yanvar-may aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 619,8 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 3,1 faiz artaraq 1096,1 manat təşkil etmişdir.