Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2013-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 7,4 faiz artaraq 1684,3 milyon manat olmuşdur. Xidmətlərin 73,6 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1240,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 15,5 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 89,7 faizini təşkil edərək 444,2 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2012-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 20,7 faiz artaraq 200,8 milyon manata çatmışdır. İaşə dövriyyəsi həcminin 58,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,1 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz artaraq 118,2 milyon manat olmuşdur.