Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2013-cü ilin yanvar-may aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Heyər Əliyev Beynəlxalq Aeroportunda Anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Buzovna-Mərdəkan-Qala avtomobil yolu tikilib istifadəyə verilmişdir. 2013-cü ilin yanvar-may aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2393,1 milyon manat vəsait yönəldilmiş, onun 37,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 18,9 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 66,0 faiz artmışdır. Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 11,7 faiz üstələyərək 2194,9 milyon manat təşkil etmiş, ondan 70,5 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 13,7 faizi əsaslı təmir, 1,4 faizi cari təmir, 14,4 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.