Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2010-cu ilin yanvar-aprel aylarında Bakı şəhərinin sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 8729,8 milyon manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Ãœmumi istehsalın 94,1 faizi sənaye mallarının istehsalı, 5,9 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaranmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 7289,4 milyon manatlıq və ya ümumi istehsalın 83,5 faizi, dövlət müəssisələri tərəfindən isə 1440,4 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilimişdir. Yanvar-aprel aylarında istehlakçılara 8684,1 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,5 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2010-cu ilin may ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 218,7 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Bundan başqa həmin tarixə anbarlarda sənaye müəssisələri tərəfindən alınmış və satış üçün nəzərdə tutulmuş 11,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.