Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2013-cü ilin yanvar-mart aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 52,2 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 min nəfər və ya 10,3 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 10,0 faiz artaraq 607,3 manat təşkil etmişdir.
2013-cü ilin yanvar-mart aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 18,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 8,1 faiz artmış, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 796,4 manat təşkil etmişdir.
Cari ilin yanvar-mart aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 596,0 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünün 93,4 faizini təşkil edərək 1039,6 manat təşkil etmişdir.