Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2013-cü ilin yanvar-aprel aylarında Bakı şəhərində "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi tikilib istifadəyə verilmişdir.
2013-cü ilin yanvar-aprel aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1871,8 milyon manat vəsait yönəldilmiş, onun 37,0 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 23,3 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 68,5 faiz artmışdır.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi müqayisə edilən dövrün səviyyəsini 18,9 faiz üstələyərək 1699,5 milyon manat təşkil etmiş, ondan 71,4 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 13,2 faizi əsaslı təmir, 1,4 faizi cari təmir, 14,0 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.