Skip to content Skip to main navigation Skip to footer

2012-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında







2012-ci ildə Bakı şəhərində 6386 nömrəsi (otağı) olan 122 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərmişdir. 2011-cu illə müqayisədə bu tip müəssisələrin sayı 2 vahid, nömrələrin sayı isə 779 vahid artmışdır. 2012-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə birdəfəlik tutum 10217 yer olmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin 82,8 faizi xüsusi, 12,3 faizi xarici, 1,6 faizi dövlət, 3,3 faizi birgə (xarici qarışıq) mülkiyyət növünə məxsus olmuşdur. .
2011-ci il ilə müqayisədə 2012-ci ildə Bakı şəhəri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 32,7 faiz artaraq 117394,2 min manat olmuşdur. Gəlirlərin 73,8 faizi (86613,8 min manat) nömrələrin satışından, 17,3 faizi (20290,1 min manat) içkilər də daxil edilməklə qida məhsullarının satışından, 1,2 faizi (1387,6 min manat) müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 7,7 faizi (9102,6 min manat) isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir. .
Gəlirlərin 35,6 faizini xarici, 49,0 faizini xüsusi, 15,4 faizini birgə (xarici qarışıq) mülkiyyətinə məxsus mehmanxana və mehmanxana tipli müəssisələr tərəfindən əldə edilmişdir. .
2012-ci ildə şəhərin mehmanxana və mehmanxana tipli müəssisələrində 363,6 min nəfər yerləşdirilmişdir. Həmin şəxslərin 44,1 faizi xüsusi, 35,9 faizi xarici, 20,0 faizi birgə (xarici qarışıq) mülkiyyətə məxsus müəssisələrdə yerləşdirilmişdir. Yerləşdirilmiş şəxslərin 23,8 faizini Azərbaycan, 76,2 faizini isə xarici ölkələrin vətəndaşları təşkil etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş turistlərin 77,6 faizi turizm, 22,4 faizi digər məqsədlərlə gəlmişlər. Turistlərin 52,9 faizi işgüzar, 42,7 faizi istirahət və əyləncə, 0,6 faizi müalicə, 3,8 faizi digər turizm məqsədilə səfər etmişdir. .
Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş vətəndaşların 90,0 faizi qaldıqları yerdə 1-3 gün, 8,3 faizi 4-7 gün, 1,3 faizi 8-28 gün, 0,4 faizi isə bir ay və daha çox müddət gecələmişlər. .
2012-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə işçilərin orta siyahı sayı 4241 nəfər, onların əmək haqqı fondu isə 19425,3 min manat olmuşdur.