Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2013-cü ilin yanvar-mart aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 7569,4 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ãœmumi istehsalın 90,9 faizi sənaye mallarının istehsalı, 9,1 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 6076,4 milyon manatlıq və ya ümumi istehsalın 80,3 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 1493,0 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Cari ilin yanvar-mart aylarında istehlakçılara 7585,5 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,2 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2013-cü il aprel ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 195,5 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,1 milyon manat məbləğində digər mallar da olmuşdur.