Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







2012-ci ilin yanvar ayında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,8 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 min nəfər və ya 9,9 faiz çox olmuşdur. Çalışanların orta aylıq əmək haqqı isə 12,4 faiz artaraq 600,9 manat təşkil etmişdir.
2012-ci ilin yanvar ayında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,4 min nəfər olmuşdur ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artaraq 753,5 manat təşkil etmişdir.
Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 566,7 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünün 91,2 faizini təşkil edərək 994,0 manat təşkil etmişdir.