Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2010-cu ilin yanvar-iyul aylarında Bakı şəhərində "Dalğa Plaza" İş,"Park Bulvar" Ticarət, İstirahət və Sərgi Mərkəzləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-iyul aylarında Bakı şəhərində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 296942 kvadrat metr olan yeni yaşayış evləri istifadəyə verilmişdir. 2010-cu ilin yanvar-iyul aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1573,0 milyon manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3 faiz artmışdır. 2010-cu ilin yanvar-iyul aylarında 448,4 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artmışdır. 2010-cu ilin yanvar-iyul aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 1457,9 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 45,5 faiz artmışdır.