Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2013-cü ilin yanvar ayında paytaxtın pərakəndə ticarət şəbəkələrindən əhaliyə 792,0 milyon manat məbləğində və ya 2012-ci ilin yanvar ayı ilə müqayisədə 14,5 faiz çox istehlak malları satılmışdır. Satılmış ərzaq məhsullarının həcmi 0,3 faiz artaraq 321,5 milyon manata, qeyri-ərzaq mallarının həcmi isə 26,4 faiz artaraq 470,5 milyon manata bərabər olmuşdur. İstehlak mallarının 14,9 faizi hüquqi şəxslərin, 39,1 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 46,0 faizi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunmuşdur.
Əhali istehlak mallarının 118,3 milyon manatlığını hüquqi şəxslərdən, 673,7 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2012-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 11,9 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 15,0 faiz artmışdır.