Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







2012-ci ilin yanvar-dekabr aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 29,9 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Ãœmumi istehsalın 91,9 faizi sənaye mallarının istehsalı, 8,1 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 24,3 milyard manatlıq və ya ümumi istehsalın 81,3 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 5,6 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Yanvar-dekabr aylarında istehlakçılara 29990,6 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,4 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2013-ci il yanvar ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 165,4 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 17,8 milyon manat məbləğində digər mallar da olmuşdur.