Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2012-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində Metal Konstruksiyaları zavodu, "Baku Crystal Hall" İdman-konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalı, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, "8 KM" stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir.
2012-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5087,8 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 48,1 faiz artmışdır.
2012-ci ilin yanvar-noyabr aylarında 1524,4 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 67,6 faiz artmışdır.
2012-ci ilin yanvar-noyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 5180,6 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,5 faiz artmışdır.