Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2012-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,2 faiz artaraq 2272,6 milyon manat olmuşdur. Xidmətlərin 69,4 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1577,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 24,2 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 72,9 faizini təşkil edərək 695,2 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 16,1 faiz artaraq 252,2 milyon manata çatmışdır.
İaşə dövriyyəsi həcminin 52,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,5 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilə nisbətən 3,3 faiz artaraq 132,3 milyon manat olmuşdur.