Skip to content Skip to main navigation Skip to footer

Əmtəə bazarı haqqında







2012-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6591,1 milyon manatlıq və ya əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 15,9 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 18,8 faizi hüquqi şəxs statuslu, 45,4 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 35,8 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
Əhali istehlak mallarının 1237,7 milyon manatlığını hüquqi şəxslərdən, 5353,4 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 19,8 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 15,0 faiz artmışdır.