Skip to content Skip to main navigation Skip to footer

Tikintinin əsas göstəriciləri







2012-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində Metal konstruksiyaları zavodu, "Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və "JW Marriott Absheron", "Four Seasons" otelləri, Azərbaycan Diplomatik Akademiyasının yeni Tədris Kompleksi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni Tədris Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu yenidənqurmadan sonra, "8 KM" stadionu, Binə qəsəbəsində stadion, Zirə İdman Kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, İstixana kompleksi, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksi istifadəyə verilmişdir.
2012-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3705,7 milyon manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,7 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasında 2758,6, xidmət sahələri üzrə obyektlərin tikintisində 947,1 milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
2012-ci ilin yanvar-sentyabr aylarında 1058,7 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 65,9 faiz artmışdır.
2012-ci ilin yanvar-sentyabr aylarında tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 3994,8 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,4 faiz artmışdır.