Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







2012-ci ilin yanvar-iyul aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,6 faiz artaraq 1768,7 milyon manat olmuşdur. Xidmətlərin 68,7 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1215,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 23,9 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 74,4 faizini təşkil edərək 553,6 milyon manat olmuşdur.
İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6 faiz artaraq 192,9 milyon manata çatmışdır.
İaşə dövriyyəsi həcminin 52,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,8 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilə nisbətən 3,6 faiz artaraq 100,6 milyon manat olmuşdur.