Skip to content Skip to main navigation Skip to footer

Pullu xidmətlər haqqında







     2012-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 2,1 faiz artaraq 1518,4 milyon manat olmuşdur. Xidmətlərin 68,4 faizi hüquqi şəxslərin payına düşmüş və onlar tərəfindən əhaliyə 1039,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 22,5 faiz çox xidmətlər göstərilmişdir. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən göstərilən pullu xidmətlərin həcmi ötən ilin 75,0 faizini təşkil edərək 479,3 milyon manat olmuşdur.
     İaşə müəssisələrinin dövriyyəsi 2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 18,6 faiz artaraq 163,6 milyon manata çatmışdır.
     İaşə dövriyyəsi həcminin 51,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,3 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların iaşə müəssisələrində formalaşmışdır. Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi ötən ilə nisbətən 7,7 faiz artaraq 84,6 milyon manat olmuşdur.