Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı haqqında







     2012-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 4356,7 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 15,6 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 17,7 faizi hüquqi şəxs statuslu, 47,3 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 35,0 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
     Əhali istehlak mallarının 773,0 milyon manatlığını hüquqi şəxslərdən, 3583,7 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 20,3 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 14,7 faiz artmışdır.