Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı







     2012-ci ilin yanvar-aprel aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 47,6 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 min nəfər və ya 6,2 faiz çoxdur. Çalışanların orta aylıq əmək haqqı isə 12,4 faiz artaraq 556,4 manat təşkil etmişdir.
     2012-ci ilin yanvar-aprel aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,9 min nəfər olmuşdur ki, onların da orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 780,4 manat təşkil etmişdir. Cari ilin yanvar-aprel aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 560,4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünün 97,6 faizini təşkil edərək 1078,7 manat təşkil etmişdir.