Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı








     2012-ci ilin yanvar-mart aylarında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 47,3 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 min nəfər və ya 5,6 faiz çoxdur. Çalışanların orta aylıq əmək haqqı isə 11,7 faiz artaraq 552,2 manat təşkil etmişdir.
     2012-ci ilin yanvar-mart aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,7 min nəfər olmuşdur ki, onların da orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 781,7 manat təşkil etmişdir. Cari ilin yanvar-mart aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 538,0 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünün 96,6 faizini təşkil edərək 1113,3 manat təşkil etmişdir.