Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı haqqında








     2012-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2882,1 milyon manatlıq və ya əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 17,6 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 16,9 faizi hüquqi şəxs statuslu, 48,5 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 34,6 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
     Əhali istehlak mallarının 487,5 milyon manatlığını hüquqi şəxslərdən, 2394,6 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə ticarət dövriyyəsi 19,6 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 17,2 faiz artmışdır.