Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında








     2012-ci ilin yanvar-aprel aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 11,0 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
     Ãœmumi istehsalın 92,9 faizi sənaye mallarının istehsalı, 7,1 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 9,1 milyard manatlıq və ya ümumi istehsalın 83,1 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 1,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
     Yanvar-aprel aylarında istehlakçılara 10967,4 milyon manatlıq və ya bütün sənaye istehsalının 100,1 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2012-ci il may ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 184,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
     Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 11,9 milyon manat məbləğində digər mallar da olmuşdur.