Skip to content Skip to main navigation Skip to footer

2011-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında








     2011-ci ildə Bakı şəhərində 5607 nömrəsi (otağı) olan 120 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərmişdir. 2010-cu illə müqayisədə bu tip müəssisələrin sayı 6 vahid, nömrələrin sayı isə 136 vahid artmışdır. 2011-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə birdəfəlik tutum 10291 yer olmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrin 81,7 faizi xüsusi, 8,3 faizi xarici, 7,5 faizi dövlət, 2,5 faizi birgə (xarici qarışıq) mülkiyyət növünə məxsus olmuşdur.
     2010-cu illə müqayisədə 2011-ci ildə Bakı şəhəri üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 10,7 faiz artaraq 88441,3 min manat olmuşdur. Gəlirlərin 76,9 faizi (68014,4 min manat) nömrələrin satışından, 15,3 faizi (13529,9 min manat) içkilər də daxil edilməklə qida məhsullarının satışından, 2,5 faizi (2202,4 min manat) müalicə-sağlamlıq xarakterli xidmətlərdən, 5,3 faizi (4694,6 min manat) isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
     Gəlirlərin 43,6 faizini xarici, 41,0 faizini xüsusi, 13,2 faizini birgə (xarici qarışıq), 2,2 faizini dövlət mülkiyyətinə məxsus mehmanxana və mehmanxana tipli müəssisələr tərəfindən əldə edilmişdir.
     2011-ci ildə şəhərin mehmanxana və mehmanxana tipli müəssisələrində 282,4 min nəfər yerləşdirilmişdir. Həmin şəxslərin 49,7 faizi xüsusi, 29,3 faizi xarici, 19,3 faizi birgə (xarici qarışıq), 1,7 faizi dövlət mülkiyyətə məxsus müəssisələrdə yerləşdirilmişdir. Yerləşdirilmiş şəxslərin 29,1 faizini Azərbaycan, 70,9 faizini isə xarici ölkələrin vətəndaşları təşkil etmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş turistlərin 79,3 faizi turizm, 20,7 faizi digər məqsədlərlə gəlmişlər. Turistlərin 61,2 faizi işgüzar, 22,5 faizi istirahət və əyləncə, 6,3 faizi müalicə, 10,0 faizi digər turizm məqsədilə səfər etmişdir.
     Mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş vətəndaşların 79,1 faizi qaldıqları yerdə 1-3 gün, 13,5 faizi 4-7 gün, 6,8 faizi 8-28 gün, 0,6 faizi isə bir ay və daha çox müddət gecələmişlər.
     2011-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə işçilərin orta siyahı sayı 3121 nəfər, onların əmək haqqı fondu isə 12842,5 min manat olmuşdur.