Skip to content Skip to main navigation Skip to footer

İstehlak mallarının satışı haqqında








     2012-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2150,0 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarına nisbətən 13,3 faiz çox əmtəə satılmışdır. Satılmış əmtəələrin 15,2 faizi hüquqi şəxs statuslu, 50,2 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 34,6 faizi yarmarka və bazarlarda realizə olunmuşdur.
     Əhali istehlak mallarının 326,5 milyon manatlığını hüquqi şəxslərdən, 1823,5 milyon manatlığını fərdi sahibkarlardan almışdır. 2011-ci ilin eyni dövrü ilə müqayisədə hüquqi şəxslər üzrə pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarlar üzrə isə 15,4 faiz artmışdır.