Skip to content Skip to main navigation Skip to footer

Məhsul bazarı haqqında







2023-cü ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq 29740,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 17352,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,9 faiz artaraq 12387,8 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə,49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,1 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.