Skip to content Skip to main navigation Skip to footer

Nəqliyyat və rabitə müəssisələrində işçilərin sayı və orta aylıq əmək haqqı








     2012-ci ilin yanvar ayında şəhərin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 47,1 min nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 2,6 min nəfər və ya 5,8 faiz çoxdur. Çalışanların orta aylıq əmək haqqı isə 8,5 faiz artaraq 534,5 manat təşkil etmişdir.
     2012-ci ilin yanvar ayında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 16,3 min nəfər olmuşdur ki, onların da orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq ayına nisbətən 15,4 faiz artaraq 741,6 manat təşkil etmişdir. Cari ilin yanvar ayında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 479,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 12,3 faiz çoxdur. Qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq ayına nisbətən 18,3 faiz artaraq 1090,7 manat təşkil etmişdir.