Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







     2012-ci ilin yanvar-fevral aylarında sənaye sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 5,4 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
     Ãœmumi istehsalın 92,6 faizi sənaye mallarının istehsalı, 7,4 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılmışdır. Sənayenin qeyri-dövlət müəssisələri tərəfindən 4,5 milyard manatlıq və ya ümumi istehsalın 83,3 faizi qədər, dövlət müəssisələri tərəfindən isə 0,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilmişdir.
     Yanvar-fevral aylarında istehlakçılara 5346,0 milyon manatlıq və ya bütün sənaye istehsalının 99,9 faizi qədər sənaye məhsulu göndərilmişdir. Eyni zamanda 2012-ci il mart ayının əvvəlinə sənaye müəssisələrinin anbarlarında 191,1 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
     Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 9,8 milyon manat məbləğində digər mallar da olmuşdur.