Skip to content Skip to main navigation Skip to footer

Sənayenin inkişafı haqqında







 

2022-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə  0,9 faiz  azalaraq 75,2 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 85,2 faizi mədənçıxarma, 12,8  faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 90,4 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,8 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,2 faiz təşkil  etmişdir.                                                 

       İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 yanvar  2023-cü il vəziyyətinə 466,9 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

 Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,5 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.